"Dəfələrlə İcra Hakimiyyətinə şikayət etmişik..." - GİLEY

5-09-2019, 09:49           
"Dəfələrlə İcra Hakimiyyətinə şikayət etmişik..." - GİLEY
Ağstafa rayonunun Aşağı Kəsəmən və Həsənsu kəndlərində bir müddətdir içməli su probleminin yaşandığı bildirilir.

DİA.AZ bildirir ki, bu barədə yerli sakinlər giley edirlər. Onların sözlərinə görə, 2 aydır ki, suvarma suyu da azalıb, bostanlar, əkin yerləri susuzluqdan ziyan görüb.

"Quyular tam işləmir, bostanlar susuzluqdan quruyub. Su daşımaqdan yorulmuşuq. Su da elə belə kəsilməyib, icra nümayəndəsinin təsərrüfatına gedir. Dəfələrlə İcra Hakimiyyətinə şikayət etmişik, səsimizi eşidən yoxdur", - deyə yerli sakinlərdən biri söyləyib.

Sakinlərin vurğulamasına görə, su borularının bəziləri kəsilib, onlar məcbur olub, özləri su daşımalı olurlar.Onların deməsinə görə, bu da yerli məmurların maraqları üzündən baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]